Türkiyənin məşhur komediya ustası Cem Yılmaz ötən gün təşkil edilən tədbirlərdən birində iştirak edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, o, çıxışı zamanı ildə 2 milyon dollar qazandığını etiraf edib.

"Yaxşı çıxış etmədiyim çıxışlarımda aldığım pulu geri qaytarıram. Amma indi hər şey qaydasına düşüb. Keçmişdə ildə 500 min qazanırdım. İndi isə 1 ya da 2 milyon qazancım olur", - deyə C.Yılmaz bildirib.

Gülnar Qafarlı