Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz ötən gün Fəxri xiyabanı və Şəhidlər xiyabanındakı Türk şəhidliyini ziyarət edib.

Open.az xəbər verir ki, o, ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla yad edib.

Cem sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini anaraq məzarı üzərinə gül dəstələri qoyub.

Qeyd edək ki, C. Yılmaz 16-17 noyabr tarixində Bakı Konqres Mərkəzində stəndap şousu ilə çıxış edib.