Dəhşətli virus daha bir serialın çəkilişlərinin dayanmasına səbəb olub.

Open.az xəbər verir ki, hər həftənin çərşənbə günü TV 8 ekranında yayımlanan "Doğduğun ev kaderindir" serialının bu dəfəki bölümünün nümayişi olmayacaq. Serialın yerinə "Survivor" yarışması yayımlanacaq.

Serialın efirdə olmayacağı ilə bağlı yaradıcı qrup açıqlama yayıb. Təbii ki, səbəb olaraq virusla bağlı bütün çəkilişlərin dayandırılması göstərilib.

Ülviyyə Həsənqızı

Çəkilişləri dayandırılan daha bir serial bu gün yayımlanmayacaq