ATV ekranlarının reytinq rekordçusu "Hercai" ilə məşhurlaşan aktrisa Ebru Şahin serialın sezon finalından sonra "Şuursuz Aşk" adlı film üçün kamera qarşısına keçib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, İsmail Hacıoğlu ilə baş rolu paylaşan aktrisanın fanatları ötən gün çəkiliş meydançasına axın edib.

Lakin təhlükəsizlik əməkdaşları çəkilişə gələn fanatlara müdaxilə edib.

Fanatlarına müdaxilə edildiyini görən Ebru Şahin dərhal dövrəyə girib və vaxtını heyranları ilə keçirib.

Gülnar Qafarlı

Çəkilişdə gərginlik - Hercai