Bir il əvvəl evləndiyi Hayli Baldvin ilə toy hazırlığı edən məşhur müğənni Castin Biber son halı ilə heyranlarını təəccübləndirib.

Open.az xəbər verir ki, moda işinə girən müğənni öz geyim markası "Drew"un reklam afişalarını Beverly Hills küçələrinə asarkən görülüb.

25 yaşlı kanadalı müğənninin üzündəki sızanaqlar diqqət çəkib.

Ötən aylarda depressiyadan müalicəsi olunan Bieberin sızanaqlarla dolu üzü heyranlarının marağına səbəb olub.

Bəziləri gənc müğənninin hələ də depressiyadan çıxmadığını və müalicə üçün istifadə etdiyi dərmanların belə yan təsir yaratdığını deyiblər

Bieberin toy stresi səbəbilə bu hala düşdüyünü deyənlər də olub.