Son olaraq "Erkenci Kuş" serialında rol alan yaraşıqlı aktyor Can Yaman ötən gün əylənmək üçün Ortaköydəki məkanlardan birinə gedib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, aktyor əyləncə məkanında pərəstişkarlarının diqqət mərkəzində olub.

Lakin C.Yamaının gecəsi xoşa gəlməyən sonluqla bitib.

Hər fürsətdə yanına gələn fanatlarını qırmayan aktyor onlarla şəkil çəkdirib. Bir qadın içkinin təsirindən aktyoru öpmək istəsə də, mənfi cavab alıb.

Buna əsəbləşən qadın özünü dənizə atıb. Təhlükəsizlik və Can Yamanın köməyi ilə dənizdən çıxarılan fanat evinə göndərilib.

Gülnar Qafarlı

Can Yamanı öpə bilməyən qadın pərəstişkarı özünü dənizə atdı