Son illərdə oynadığı seriallarla məşhurlaşan Can Yaman, "Bay Yanlış"dan sonra İtaliya və İspaniyaya səfər etmişdi.

Open.az xəbər verir ki, aktyorun İtaliya macərası davam edir. İtaliyada reklamda çəkilən Can Yamanın, İtaliyanın tanınmış idman aparıcısı Diletta Leotta ilə eşq yaşadığı haqqında xəbərlər yayılıb.

Can Yamanın Diletta Leottanın oteldəki otağına gül göndərməsi və bu güllərin də aparıcı tərəfindən bəyənilməsi, eşq söhbətlərinin alovlandırıb.

Qadınların sevimlisi olan Can Yamanın məhəbbətini Türkiyədə deyil, İtaliyada tapması bir çox fanatlarının xoşuna gəlməyib.

Can Yamana Türkiyə dar gəlib-FOTO

Can Yamana Türkiyə dar gəlib-FOTO