"Erkenci Kuş" serialının sevilən aktyoru Can Yaman sosial şəbəkədə yeni foto paylaşıb.

Open.az xəbər verir ki, əzələləri ilə qızların diqqətini cəlb edən Canın fotosuna müğənni Ebru Polat şərh yazıb.

O, fotoda aktyoru tərifə boğub: “Olanı var, olmayanı var. Bunu gördükcə insanın evdəkinə yemək verməyi gəlməz. Bizimkilər bir də o tipləri ilə naz edirlər”.