Türkiyənin məşhur aktyoru Oktay Kaynarca yenidən Azərbaycanla bağlı paylaşım edib.

Open.az xəbər verir ki, sənətçi Bərdədə baş verən faciədən sonra ötən gün "İnstagram” "Story”də bunları yazıb:

"Üçüncü dəfə qəbul edilən humanitar atəşkəsi 5 dəqiqə sonra üçüncü dəfə pozan Ermənistanı kəskin qınayıram. Bombalar yağdırdığı ərazidəki məsum insanların acılarını ürəkdən paylaşıram”.