"Diriliş Ertuğrul"un davamı olan "Diriliş Osman" serialının çəkilişləri davam edir.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, serialın baş roluna çəkilən Burak Özçivitin hər bölümünə görə alacağı məbləğ ortaya çıxıb.

O, ekran işinin hər bölümdən 325 min TL (təxminən 97,695 AZN) qazanacaq.

Özçivitin aylıq gəliri 1 milyon 300 min TL olacaq.

Qeyd edək ki, Burak Özçivit tezliklə ATV ekranlarında yayımlanacaq serial üçün at minmə və qılınc dərsləri alır. Özçiviti serialda Aslıhan Karalar müşayiət edəcək.

Gülnar Qafarlı

Burak Özçivit Diriliş Osman