Türkiyənin məşhur sənətçisi Bülent Ersoy sosial şəbəkədə trendə çevrilən yaşlandırma fotolarına meydan oxuyub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, "İnstagram" hesabında şəklini paylaşan müğənni fikirlərini belə dilə gətirib:

""İnstagram"dakı yaşlandırma trendinə üzərində heç oynamadığım fotom ilə qatılıram. Çünki mənim cavanlaşma və yaşlandırma proqramına ehtiyacım yoxdur. Mən yaşı olmayan bir qadınam".

Sənətçinin sözügedən paylaşımına məşhurlar təriflər yağdırıb.

Gülnar Qafarlı

Bülent Ersoy yeni trendə meydan oxudu: Yaşı olmayan qadınam