Bu gündən etibarən Türkiyənin Kanal D televiziya kanalında yeni serial yayıma başlayır.

Open.az xəbər verir ki, uzun müddətdir anonsları yayımlanan serial "Çatı Katı Aşk" adlanır.

Baş rollarını Furkan Andıç, Ezgi Şenler, Yiğit Kirazcı, Nilay Denizin oynadığı serialın rejissoru Barış Yös dür.

Bu gündən yeni serial başlayır: Çatı Katı Aşk

"MİA Yapım Film Şirkəti"nin istehsalı olan əyləncəli serial, yay aylarında hər həftənin cümə axşamı saat 20.00-da ekranlara gələcək.

İstanbulun Üsküdar qəsəbəsində çəkilən serialda gənc aktyorlarla yanaşı, türk teatr və kinosunun tanınmış aktyorları da rol alıblar.

Ülviyyə Həsənqızı

Bu gündən yeni serial başlayır: Çatı Katı Aşk

Bu gündən yeni serial başlayır: Çatı Katı Aşk

Bu gündən yeni serial başlayır: Çatı Katı Aşk

Bu gündən yeni serial başlayır: Çatı Katı Aşk