Dünyanın ən zəngin adamı olan "Amazon" şirkətinin prezidenti Ceff Bezos yeni sevgilisi teleaparıcı Loren Sançez ilə görüntülənib.

Open.az xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb.

Cütlük "Uimbldon"un finalında kameralara tuş gəlib. Onların eyni rəngdə geyinməsi diqqət çəkib.

Qeyd edək ki, Cef Bezos və Loren Sançez cütlüyü ilk dəfə may ayında görüntülənib.

Daha əvvəl bildirilirdi ki, Ceff Bezos rəsmən subaydır.

Gülnar Qafarlı