2014-cü ildə evlənən türkiyəli müğənni Kənan Doğulu və aktrisa Beren Saatın boşanmaları ilə bağlı xəbərlər şou gündəmini zəbt edib.

Open.az Türkiyə mediasına istinadla bildirir ki, hətta bir-birlərinə xəyanət etdikləri iddia edilən cütlük ötən gün evlərinin yaxınlığında səmimi şəkildə görülüb.

Boşanma iddialarına dəqiq cavab vermədikləri üçün haqlarında hər gün yeni bir iddia ortaya atılan cütlüyün yenidən barışdıqları iddia olunub. Ötən həftə yenidən birlikdə yaşadıqları deyilən cütlük evlərinin yaxınlığındakı bir kafedən çıxarkən görülüb. Xoşbəxt şəkildə görünən cütlük daha sonra birlikdə marketə gedib. Səhər saatları olması səbəbilə rahat geyimlərdə olan cütlük alış-verişdən sonra evlərinə geri dönüb.