Ceyms Bond haqqında çəkilən "Qoldfinqer" filmində ifa etdiyi obrazla məşhurlaşan aktrisa Marqaret Nolan vəfat edib.

Open.az xəbər verir ki, 76 yaşlı aktrisanın ölüm xəbərini oğlu, Oskar Diks təsdiqləyib.

Ölüm səbəbi bilinməyən mərhum aktrisa ötən əsrin 60-cı illərində gözəlliyi və açıq-saçıq fotosessiyaları ilə məşhur olub. Sənətə fotomodel kimi başlayan Marqaret Nolanı, Ceyms Bondun "ikona obrazlı qızıl qızcığaz"ı adlandırıblar.

Ülviyyə Həsənqızı

Məşhur aktrisa vəfat edibMəşhur aktrisa vəfat edib