Türkiyə millisinin üzvü cinayət törədib.

Open.az xəbər verir ki, hadisə Türkiyənin Muğla vilayətində baş verib. Millinin 26 yaşlı boksçusu Selim Ahmet özündən bir yaş kiçik sevgilisini qətlə yetirib.

O, Zeynep Şenpınarı bıçaqlayaraq öldürüb. Qadının ölümündən əvvəlki WhatsApp yazışmaları yayılıb. O, rəfiqəsi ilə söhbət zamanı Ahmetdən ayrıldığını, amma onun üçün darıxdığını qeyd edib.

İdmançı sevgilisini qətlə yetirdikdən sonra Tvitter hesabında "təbrik edirəm, iki nəfəri öldürdünüz", sözlərini yazıb.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.