Bir zamanlar çox məşhur olan türk müğənnisi Petek Dinçözün son fotoları hər kəsin təəccübünə səbəb olub.

Open.az xəbər verir ki, estetik əməliyyatlardan sonra tanınmaz hala düşən müğənninin fotolarını görən izləyicilər: "Bu Petek Dinçöz deyil. Ola bilməz. Yəqin itkin düşmüş bacısıdır. İndi tapılıb. Kaş ki, xəstə olmasın. Heç özünə oxşamır. "Petek estetikşöz", və.s. yazaraq, müğənnini tənqid ediblər.

Diş və dodaqlarında estetik əməliyyat etdirən Petek Dinçöz, onu tanımaqda çətinlik çəkənlərə bildirib ki, bunu "Snapchat" adlı proqramla edib. Yəni təşvişə səbəb yoxdur.

Qeyd edək ki, Petek Dinçöz 2014-cü ildə iş adamı Serkan Kodaloğlu ilə ailə qurub. Ana olduqdan sonra isə uzun zamandır ekranlar və səhnədən uzaq düşüb.

Ülviyyə Həsənqızı

Bir zamanlar məşhur olan gözəl müğənnini görənlər tanımadı

Bir zamanlar məşhur olan gözəl müğənnini görənlər tanımadı