Koronavirus səbəbindən çəkilişlərinə ara verilən "Bir Zamanlar Çukurova" serialının yaradıcı heyəti, uzun ayrılıqdan sonra yenidən işə başlayıblar.

Open.az xəbər verir ki, baş rollarını Hilal Altınbilek, Murat Ünalmış, Uğur Güneş kimi aktyorların ifa etdiyi serialın ilk çəkiliş günü uğurla keçib.

4 aylıq karantindən sonra yenidən çəkiliş meydançasına gələn aktyorların hamısı koronavirus testindən keçiblər.

Test nəticələri neqativ çıxan aktyorların hamısı Adanaya yola düşüb. Serialın yaradıcı heyəti bəyan edib ki, "Bir Zamanlar Çukurova"nın növbəti mövsümü sentyabrda başlayacaq.

Ülviyyə Həsənqızı