“Bir zamanlar Çukurova” serialının aktrisası Melike İpek Yalova evlilik xəbəri ilə gündəmə gəlib.

Open.az xəbər verir ki, Melike sevgilisi Altuğ Gültanla səssiz-sədasız evlənib.

Evliliklərini hər kəsdən gizli reallaşdıran cütlüyün toyu İzmirdə baş tutub.

Aktrisa bu barədə "İnstagram" hesabında məlumat verib.

Xatırladaq ki, aktrisanın sevgilisi rejissordur.