Türk aktrisası Yıldız Asyalı keçən ay ailə qurduğu rejissor Kerem Sakadan ayrılıb.

Open.az xəbər verir ki, iyunun 29-da Bodrumda təmtəraqlı toy edən cütlük 30 gündən sonra boşanmaq qərarını verib.

Yıldız Asyalı sahibsiz it aldığını və heyvan üçün 1000 lirə məbləğində pul ödədiyini deyib. Pulu əri Keremdən alan aktrisa, iti evə gətirən kimi ərinin onunla dava etdiyini və Yıldızı evdən qovduğunu söyləyib.

"Mənim üçün Kerem dəftəri qapandı" deyən Yıldız Asyalı hər kəsi çaşdıran açıqlama edib. Təzə gəlin bildirib ki, "Onsuzda rəsmi nikahımız yox idi"

Bir ay əvvəl evlənən məşhur cütlük ayrıldı