Türk kinosunun görkəmli sənətkarı Fatma Girik bir müddət əvvəl beyin əməliyyatı olmuşdu.

Open.az xəbər verir ki, ağır əməliyyat keçirən Fatma Girik, bir müddətdir Bodrumdakı evində istirahət edir.

Səhhəti yaxşılaşan 77 yaşlı sənətkar, sosial media hesabından çəkdiyi fotosunu izləyiciləri ilə paylaşıb. Fotodan da göründüyü kimi Fatma Girikin səhhəti, əhval-ruhiyyəsi normaldır.

İzləyiciləri isə sevimli sənətkarlarına tezliklə sağalmasını diləyiblər.

Ülviyyə Həsənqızı

Beyin əməliyyatı keçirən məşhur sənətkardan xəbər varBeyin əməliyyatı keçirən məşhur sənətkardan xəbər var