Yayın isti günlərini Çeşmədə kirayələdiyi villada keçirən şoumen Beyazit Öztürk müxbirlərin ayaqüstü suallarına cavab verib.

Open.az xəbər verir ki, zarafatından qalmayan Beyaz: "Karantin günlərində qadınların işinin nə qədər çətin olduğunu bir daha anladım. Qadınlar mətbəxdə nələr çəkirlər?... Pazı dolması hazırladım. Nə qədər çətin işdir? Ümumiyyətlə yemək bişirmək çox çətindir. Düzdür, pazıları bükərkən, mahnı da oxudum. Amma yenə də qadınların işi çox çətindir. Bu müddətdə anladım ki, hobbim yoxdur. Bax, bu lap çətindir. Bütün günü yemək bişirib, seriala baxmaqla gün keçməz. Ona görə də rəssamlıq və heykəltəraşlığa başlamışam" deyən Beyazit Öztürk hər sənətçinin yanında 30-40 nəfər işçisi olduğuna görə, belə zamanlarda yaşamağın çətin olduğunu xüsusi vurğulayıb:

"Mənim yanımda böyük qardaşım və anamdan başqa heç kim yoxdur. Ona görə də maddi baxımdan yaşamaq elə də çətin deyil. Tətil günlərini anamla birlikdə keçirmək mənim üçün çox xoşdur"

Kanal D-də "Beyaz Show" təkrarlarını izlədiyini deyən Beyazit Öztürk növbəti mövsümdən sevilən proqramı yenidən nümayiş etmək istədiyini deyib. Oktyabr ayından proqrama başlayacağı söyləyən 50 yaşlı Beyaz, evlənmək haqqında olan sualı eşidəndə isə özünəməxsus cavab verib: "Bilirəm, yenə soruşacaqsınız ki, nə zaman evlənirəm. Mən adamımı tapmışam. Hakan Altun evlənmədən mənim evlənəcəyimi düşünməyin. O, evlənsə bilin ki, mən də evlənəcəm" deyərək yarızarafat, yarıciddi suallara cavab verib.

Ülviyyə Həsənqızı

Bəyaz etiraf etdi: O, evlənməsə, mən də...