Türk müğənni Berkay bir gecə klubunda həyat yoldaşına söz atdıqdan sonra dalaşdığı futbolçu Arda Turana təklif göndərib.

Open.az xəbər verir ki, Berkay Ardanı bir şərtlə bağışlaya biləcəyini açıqlayıb. O, şərti qəbul edəcəyi təqdirdə Ardaya halallıq verəcək:

“Xalqın qarşısında məndən üzr istəməlisən. Bundan sonra səninlə 20 dəqiqə bir otaqda qalacağam. Yalnız bunlar baş verdikdən sonra səninlə hər şeyi silərəm. Bu mövzunun başını buraxmayacağam”.