Bergüzar Korel sentyabrın 30-da Küçükçiftlik Parkt’a tamaşaçıların qarşısına çıxacaq.

Open.az xəbər verir ki, "Kızlar ve Oğlanlar" teatr tamaşası ilə səhnələrə qayıdan Bergüzar Korel 16 ildən sonra yenidən canlı tamaşaçı qarşısında olacaq.

Bergüzar Korel: "16 ildən sonra yenidən teatr səhnəsinə çıxacam. Oyun kabuslarım başladı. Yuxuda görürəm ki, ya tamaşaya gec qalıram, ya da kostyumu unuduram. Gecə oğlumu əmizdirməyə qalxıram və yenidən rolumu əzbərləyirəm. Bu günə qədər tamaşaçılarım məni heç zaman tək qoymadılar. Sentyabrın 30-u saat 21:00-da da tək qoymayın məni" deyib.