Tanınmış türk aktrisası Bennu Yıldırımlar sosial media hesabından "Yaprak Dökümü" serialının qəhrəmanları ilə yeni paylaşım edib.

Open.az xəbər verir ki, Bennunun paylaşdığı fotoda, türk kinosunun məşhur simaları Halil Ergün və Güler Ökten yer alıb.

Serialda Bennunun (Fikret) atası (Ali Rıza bey) və qayınanası (Cevriyye) obrazlarında çıxış edən hər iki sənətkarın fotosunu paylaşan Bennu Yıldırımlar: "Biz yenə də görüşdük. Yenidən bir araya gəldik. Baxmayaraq ki, serialın üzərindən 10 il vaxt ötüb". yazıb.