"Ezel" serialında "Ramiz dayı" obrazının gəncliyini canlandıran türk aktyoru Ufuk Bayraktarın sosial media mesajları gündəm olub.

Open.az xəbər verir ki, aktyorun həyat yoldaşı Merve Bayraktar, ərinin başqa bir qadınla münasibətinin olduğunu və həmin yazışmaların fotolarını yayaraq, onu ifşa edib.

Merve Bayraktar ərinin gənc qızla olan mesajlarını üzə çıxararaq, onu məhkəməyə verəcəyini söyləyib.

Məlum olub ki, Ufuk Bayraktar xanımının evdə olmadığı saatlarda, münasibətdə olduğu qadınla şəxsi mənzilində görüşüb.

Qeyd edək ki, Ufuk Bayraktar Merve Bayraktarla evlidir və Efe Cevahir adında bir oğlu var.

Ülviyyə Həsənqızı

Başqa qadınla həyat yoldaşına xəyanət edən aktyorun mesajları ifşa olundu

Başqa qadınla həyat yoldaşına xəyanət edən aktyorun mesajları ifşa olundu

Başqa qadınla həyat yoldaşına xəyanət edən aktyorun mesajları ifşa olundu