FOX TV-də yayımlanan "Baraj" serialına yeni aktrisa gəlir.

Open.az xəbər verir ki, son zamanlar ssenarinin dəyişməsi, serialın reytinlərində öz mənfi əksini göstərir. Bunu nəzərə alan ssenaristlər "Baraj"a yeni aktrisa trensfer ediblər.

Ssenari müəllifi Hasan Tolga Pulat, rejissoru isə Ece Erdek Koçoğlu olan "Baraj"a 17-ci bölümdən etibarən aktrisa Gizem Karaca qatılacaq.

Serialda vəkil "Bahar” obrazını canlandıracaq aktrisanın "Nazım"ın vəkili olacağı müəyyənləşdirilib.

Qeyd edək ki, "Baraj"da əsas obrazları Feyyaz Duman, Biran Damla Yılmaz, Burak Yörük, Iman Casablanca, Sumru Yavrucuk, Nezaket Erden, İhsan İlhan, Batuhan Yüzgüleç kimi tanınmış aktyorlar ifa edir.

BarajBaraj