Həftənin cümə günləri Star TV-də yayımlanan "Babil" serialı ötən gün final edib.

Open.az xəbər verir ki, güclü aktyor ansamblı olan "Babil" serialının ikinci mövsümü reytinqlərdə eniş yaşayıb. Məhz bu səbəbdən də serialın yaradıcı heyəti "Babil"i 20-ci bölümdə sona çatdırmaq qərarına gəlib.

Babil

Baş rollarını Halit Ergenç, Birce Akalay, Aslı Enver, Onur Saylak, Mesut Akusta və Nur Fettahoğlu’nun ifa etdiyi "Babil"in yerinə növbəti həftə hansı serialın başlanacağı da məlum olub.

Star TV-dən rəsmi açıqlama gəlməsə də, növbəti həftənin cümə günü Özcan Deniz və İrem Helvacıoğlunun iştirakilə "Seni Çok Bekledim" serialının ekranlarda nümayiş ediləcəyi qərarlaşdırılıb.

Ülviyyə Həsənqızı

Babil