Bu gün Türk musiqisinin görkəmli siması, mərhum müğənni Müslüm Gürsesin anım günüdür.

Open.az xəbər verir ki, 2013-cü il martın 3-də ürək çatışmazlığından dünyasını dəyişən Müslüm Gürsesi sevənlər mərhum sənətkarı Zincirlikuyu Məzarlığında yad ediblər.

Müslüm Gürsesin sənət dostları "Babamızı unutmadıq və unutmayacayıq" deyərək, ustad sənətkarın xatirəsini anıblar.

İldə 4-5 milyonun insanın ziyarət etdiyi məzarın ətrafından insan izdihamı, gül-çiçək əskik olmur.

Babamızı unutmadıqBabamızı unutmadıqBabamızı unutmadıqBabamızı unutmadıq

Babamızı unutmadıqBabamızı unutmadıqBabamızı unutmadıq

Qeyd edək ki, 8 il bundan əvvəl dünyasını dəyişən Müslüm Gürsesin xatirəsini yaşatmaq üçün doğulduğu Şanlıurfada "Müslüm Gürses Musiqi və Sənət Muzeyi" yaradılıb.

Muzeydə Müslüm Gürsesə aid plastinkalar, eynək, ailə fotoları, geyimlər və ayaqqabılar, həmçinin Müslüm Gürsesin mum heykəli də yer alıb.

Muzeyi ziyarət edənlər "Sevda Yüklü Kervanlar" mahnısının sədaları altında Müslüm Gürsesli günlərə ekskurs edirlər.

Ülviyyə Həsənqızı

Babamızı unutmadıq

Babamızı unutmadıqBabamızı unutmadıqBabamızı unutmadıq