Türkiyəli müğənni Ajda Pekkan da Azərbaycana dəstək olub.

Open.az xəbər verir ki, sənətçi İnstaqram səhifəsində Azərbaycan və Türkiyə bayraqlarının fotosunu yayımlayıb. Pekkan işğalçı Ermənistanın mülki əhalini atəşə tutmasını qınayıb:

"Azərbaycanlı qardaşlarımın gecə yarısı yatdıqları yataqda üstlərinə bomba atılmasını şiddətlə qınayıram. Torpaqlarını geri almaq üçün canını fəda etməyə hazır olan əsgərlərimizə və ən başda hörmətli İlham Əliyevə uğurlar diləyirəm.

Türkiyə olaraq hər zaman yanlarında olduğumuzu bilmələrini istəyirəm. Azərbaycanlı qardaşlarıma sevgilərimi göndərirəm. Allahdan dünyamıza sülh və barış diləyirəm". (Axşam.az)