Türkiyənin məşhur sənətçisi Bülent Ersoy İstanbulun Bostancı mərkəzində konsert verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, konsert zamanı müğənniyə azərbaycanlı fanatı tərəfindən bahalı hədiyyə verilib.

Nigar adlı xanım Ersoya brilyant və safirdən hazırlanan üzük bağışlayıb.

Türk mediası üzüyün dəyərinin 100 min dollar olduğunu qeyd edib. B.Ersoy isə pərəstişkarına təşəkkür edib.

Azərbaycanlıdan Bülent Ersoya 100 min dəyərində brilyant üzük - FOTO