Ötən gün şəxsi avtomobilində meyiti aşkar edilən rusiyalı aktyor Dmitri Qusevin ölüm səbəbi açıqlanıb.

Open.az xəbər verir ki, 45 yaşlı aktyorun ürək tutmasından vəfat etdiyi açıqlanıb. Baxmayaraq ki, aktyorun sənət dostları və yaxınları Dmitrinin ürək probleminin olmadığını desələr də, aparılan araşdırma və tibbi rəy Qusevin sükan arxasında ürəyinin dayandığını və bu səbəbdən də maşının divara çırpıldığını göstərir.

Qeyd edək ki, mərhum aktyor ötən gün "Təcili yardım" serialının çəkilişindən sonra avtomobilinə minib və onu son dəfə görənlər də aktyor dostları olub. Yanvarın 13-ü köhnə yeni ili qeyd edən dostların əhval-ruhiyyəsi yaxşı olub. Amma günün sonu faciə ilə başa çatıb.

Ülviyyə Həsənqızı