Bir müddətdir reytinq göstəricilərində yaxşı nəticələr əldə edən, baş rollarını Beren Saat, Mehmet Günsür, Melisa Şenolsun və Metin Akgülderin ifa etdiyi "Atiye" serialı məhkəməlik olub.

Open.az xəbər verir ki, məhkəməyə şikayətlə müraciət edən yazıçı Şengül Boybaş olub. Belə ki, yazıçının "Dünyanın oyanışı" adlı romanının motivləri əsasında çəkilən serialın titrlərində, fraqment, tanıtım reklamlarında və afişalarında nə yazıçının nə də əsərinin adı qeyd edilməyib. Vəziyyəti belə görən Şengül Boybaş serialı ekranlaşdıran "OG Prodüksoyon" şirkətinə dava açıb.

Atiye

"İstanbul Fikri və Sınai Haklar Hukuk Məhkəməsi"ndə başlanan prosesin gündəliyində: "Şengül Boybaş, serialın yaradıcı heyəti ilə keçirilən heç bir tədbirə dəvət edilməyib. Yazıçının və əsərinin adı heç yerdə çəkilməyib. Haqqları tapdalanan müəllifin gələcəkdə də bu hallardan sığortalanması üçün serialın ikinci və üçüncü sezonunun nümayişinin dayandırılmasına dair qərar çıxarılmasını istəyirik" deyə maddə qəbul edilib.

Ülviyyə Həsənqızı


Atiye