Türk aparıcı Mehmet Ali Erbilin qızı Yasmin Erbil də atasının işini davam etdirmək qərarına gəlib.

Open.az xəbər verir ki, Yasmin aparıcılığını etdiyi verilişdə atası barədə maraqlı açıqlamalar verib.

O, atasında sevmədiyi xüsusiyyətləri dilə gətirib:

“Həmişə atamla yaşamışam. Çox şey yaşamışam, çox şey görmüşəm. Atamı çox istəyirəm. Sadəcə onun özündən kiçik qızlarla sevgili olmasını heç bəyənmirəm. Hətta bu, məni narahat edir”.

Atamın özündən yaşca kiçik olan qızlarla birlikdə olması məni narahat edir