İbrahim Tatlısesin qızı Dilan Çıtakın : "Atam bütün uşaqlarına ev verib. Amma mənə vermədi" sözlərinə atasından cavab gəlib.

Open.az xəbər verir ki, 7 övladı olan və heç birini biri-birindən seçmədiyini deyən İbrahim Tatlıses: "Dilan, lazımi sənədləri gecikdirdiyi üçün ev ala bilmədi" deyib.

Tatlıses həmçinin bildirib ki, oğlu Ahmet Tatlı ilə barışıb və aralarında olan soyuq münasibəti sona çatdırıb.

"O Ses Türkiye"də münsif olmaq istəyini də dilə gətirən İbrahim Tatlıses: "Mənim əsl orada oturan vaxtımdır. Məndən yaxşı kim ola bilər ki? Amma bu günədək belə bir təklif almamışam" deyərək, Acun Ilıcalıya özünəməxsus mesaj göndərib.

Ülviyyə Həsənqızı