Avqustun 10-u dünya şöhrətli məşhur aktyor Antonio Banderasın doğum günüdür.

Open.az xəbər verir ki, məşhur ispan aktyorunun 60 yaşı tamam olur.

Əsl adı Xose Antonio Dominqes Banderas olan yaraşıqlı aktyor 1960-cı ildə Malaga-İspaniyada doğulub. Uşaqlıqdan futbolçu olmağı arzulayan Antonionun bu arzusu, ayağının sınması ilə başa çatır.

16 yaşında "Saçlar" adlı müziklı seyr edən Banderasda aktyorluğa həvəs yaranır. Elə bu həvəslə də müxtəlif dram dərnəklərində və teatr truppalarında çıxışlar etməyə başlayır.

Antonio Banderas 60 illik yubileyini qeyd edir-FOTO

1982-ci ildə böyük ekranda ilk çıxışı rejissor Pedro Almodovarın "Ehtiraslar labirinti" filmində ifa etdiyi obrazla başlayır. İlk filmindən 100 000 peso qonorar alır.

1985-ci ildə "Matador" və bir neçə müxtəlif filmlərə də çəkilən Antonio Banderasın şöhrəti dünyaya yayılır.

Antonio Banderas 60 illik yubileyini qeyd edir-FOTO

1990-cı ildən ispan kinosundan kənarda yaradıcılıq karyerası qurmağa başlayan aktyor, qısa müddətdə Hollivudu fəth edir. 1990-1995-ci illərdə Madonna ilə tərəf müqabili olduğu "Evita" və Ketrin Zeta-Consla çəkildiyi "Zorronun maskası" filmləri ilə şöhrətinin ən yüksək zirvəsinə çatan Antonio Banderas, hər iki filmə görə "Qızıl qlobus" mükafatını qazanır.

Antonio Banderas 60 illik yubileyini qeyd edir-FOTO

Ötən əsrin 90-cı illərindən bu günədək davam edən şöhrətli kino yaradıcılığı ilə Antonio Banderas dünyanın ən məşhur və sevilən aktyorları sırasındadır.

Sənət yaradıcılığı ilə yanaşı şərabçılıqla da ciddi şəkildə məşğul olan Banderasın İspaniyada üzüm bağları var.

Aktyor həmçinin ətriyyat sektorunda da özünü sınayıb. Banderasın adını daşıyan ətir brendləri bütün dünyada məşhurdur.

Ülviyyə Həsənqızı

Antonio Banderas 60 illik yubileyini qeyd edir-FOTO