Dünya şöhrətli amerikalı müğənni Ceniffer Lopez "It’s My Party" turnesi çərçivəsində avqustun 6-da Türkiyənin Antalya şəhərində konsert verəcək.

Open.az "DHA"ya istinadən xəbər verir ki, turizm bölgəsi Belekdəki "Regnum Carya" hoteldə 2 saatlıq konsert proqramı ilə çıxış edəcək dünya ulduzunun komandası məkana baxış keçirib.

Komandanın razılıq verməsiylə hotel rəhbərliyi və məşhur müğənni arasında müqavilə imzalanıb. Müqavilənin imzalanmasından sonra çox insan tətil rezervasiyasını Lopezin konsert verəcəyi tarixə görə təyin edib.

Lopezə hotelin ən önəmli villarından biri olan "Crown villa" tövsiyə edilib. 3 mərtəbəli villada 5 yatağı otağı yerləşir.

10 nəfərin qala biləcəyi villaya helikopter, özəl sürücü və maşın verilib. 3500 kvadrat metrlik sahədəki villanın ayrı hovuzu var və məkanın bütün pəncərələri gülləkeçirməyən özəlliyə malikdir.

Lopezin konsertini ayaqüstə izləmək istəyənlər 4 min TL (təxminən 1164 AZN), lojada dinləmək istəyənlər 135 min TL (təxminən 39,298 AZN) ödəməli olacaqlar.

Gülnar Qafarlı