Dünya şöhrətli aktrisa Ancelina Colinin baş rolda çəkildiyi "Malefisenta: Qaranlıqlar şahzadəsi" filminin premyerasına hazırlaşmasına dair videoçarx yayımlanıb.

Open.az xəbər verir ki, 30 saniyəlik videoda təkcə aktrisanın hazırlıq prosesini deyil, həm də bir neçə il əvvəl Bred Pittdən boşandıqdan sonra köçdüyü sarayın daxili hissələrini də görmək mümkündür.

A.Colinin malikanəsinin dəyəri 25 milyon dollardır. Villa Los-Anceles panoramasına baxan təpələrdə yerləşir. Köşkün içərisində altı yataq otağı, on hamam otağı, yemək otağı və kitabxana var. Qaraj, qonaq evi və hovuz da evə daxildir.

Ancelina Colinin 25 milyon dollarlıq malikanəsi - FOTOLAR

Ancelina Colinin 25 milyon dollarlıq malikanəsi - FOTOLAR

Ancelina Colinin 25 milyon dollarlıq malikanəsi - FOTOLAR

Ancelina Colinin 25 milyon dollarlıq malikanəsi - FOTOLAR