Hollivudu ulduzu Ancelina Coli övladlığa yenidən uşaq götürməyə hazırlaşır.

Open.az xəbər verir ki, aktrisa artıq Suriya, Haiti və Efiopiyadan uşaq axtarışlarına da başlayıb.

Bu barədə aktrisaya yaxın mənbələrdən biri “Ok” jurnalına müsahibəsində bildirib:

“Ancelina ailəsini genişləndirmək istəyir. Bred artıq ondan ayırılıb. Böyük oğlu təhsillə bağlı gedib. Ev demək olar ki, boşdur. Əslində bunu çoxdan etmək istəyirdi, amma Bred bu fikrə həmişə qarşı çıxırdı”.

Qeyd edək ki, aktyor Bred Pittdən ayrılan Ancelinanın 6 övladı var. Onlardan 3-ü özünün, 3-ü isə övladlığa götürülmüş uşaqlardır.