Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pitt boşanıb.

Open.az xəbər verir ki, bu haqda rəsmi sənədlərə istinadən "The Blast" portalı məlumat yayıb.

Məhkəmə aprelin 12-də keçirilib. Qərara əsasən keçmiş ər-arvad razılıq əsasında uşaqlara himayədarlıq edə bilər və əmlaklarını birlikdə bölə bilərlər. Bu proses bir neçə ay çəkə bilər.

Xatırladaq ki, aktrisa A.Coli və aktyor B.Pitt 2005-ci ildə "Mister və missis Smit"in çəkilişlərində tanış olub. Cütlük 2014-cü ildə evlənib.

Onların birlikdə 6 uşağı var var.

2016-cı ilin sentyabrında aktrisa boşanmağa qərar verib.

Gülnar Qafarlı

Ancelina Coli və Bred Pitt rəsmən boşandı