Dünya şöhrətli amerikalı aktrisa Ancelina Coli Bred Pittlə boşanandan sonra soyadından imtina edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "ET" məlumat yayıb.

İndi bütün sənədlərdə onun adı Ancelina Coli-Pitt deyil, Ancelina Coli kimi yazılıb.

Qeyd edək ki, aktrisa A.Coli və aktyor B.Pitt 2005-ci ildə "Mister və missis Smit"in çəkilişlərində tanış olub. Cütlük 2014-cü ildə evlənib.

Onların birlikdə 6 uşağı var var.

2016-cı ilin sentyabrında aktrisa boşanmağa qərar verib. İki gün bundan öncə cütlük rəsmi olaraq boşanıb.

Gülnar Qafarlı