Məşhur rusiyalı müğənni, SSRİ xalq artisti Alla Puqaçovanın SSRİ dövründə qadağan olunmuş “Ayzberq” mahnısına çəkilmiş klipi yayımlayıb.

Open.az xəbər verir ki, klip 1984-cü ildə Soçidə lentə alınıb.

Ekran işi premyeradan sonra Leninqrad televiziyasının efirindən çıxarılıb. Belə ki, rəhbərlik müğənninin verdiyi pozaların həddindən artıq bayağı olduğu qənaətinə gəlib.

Qeyd edək ki, Alla Puqaçova bu gün 70 illik yubileyini qeyd edir.

Gülnar Qafarlı


Alla Puqaçovanın qadağan olunmuş klipi yayımlanıb - 35 il sonra - VİDEO