Türkiyənin Çeşme bölgəsində dincələn müğənni AlişanBuse Varol cütlüyü yenidən gündəmə gəlib.

Open.az xəbər verir ki, Alişan getdiyi məkanlardan birində keçmiş nişanlısı Eda Erolla qarşılaşıb.

Alişan və Buse Edaya görə planlarını dəyişməkdənsə, iki masa irəlidə oturaraq, onu görməzdən gəliblər.

Tərəflər gecə ərzində bir-birindən gözlərini qaçırıb.