Türkiyəli gənc müğənni Aleyna Tilki ilə ifaçı Şahin Kendirci haqda yeni xəbərlər yayılıb.

Open.az xəbər verir ki, Aleynanın Şahinlə eşq yaşadığına dair iddialar ortaya çıxıb.

Məsələ ilə bağlı Şahin açıqlama verib: "Bu xəbərlərə görə sadəcə susdum. Çünki mən anamla, atamın yanında belə şeyləri danışmağa utanıram. Bizim ailəmizdə belə şeylər olmaz. Mən sizin əlinizdə böyümüşəm, onsuz da uşaqlığımı bilirsiniz. Özü həmkarımdır, işini də bəyənirəm. Hörmət edirəm, lakin heç tanış deyilik".