Rusiyalı aktyor Dmitri Qusevin meyiti şəxsi avtomobilində aşkar edilib.

Open.az xəbər verir ki, 45 yaşlı aktyorun avtomobili çəkiliş meydançasının yaxınlığında olub. Çəkilişdən çıxan aktyorun meyiti aşkar edildikdən sonra ilkin versiya olaraq, mərhumun ürəyinin dayandığını deyilib.

Daha sonra isə növbəti fərziyə irəli sürülüb ki, avtomobil divara çırpılıb. Hazırda hadisənin baş verdiyi ərazidə polislər araşdırma aparır. Baş verən hadisənin cinayət yoxsa qəza olması araşdırılır.

Aktyorun sənət dostlarının sözlərinə görə, Dmitri Qusev heç zaman ürəyindən şikayət etməyib.

Qeyd edək ki, mərhum aktyor bir çox serial və filmlərdə rol alıb.

Ülviyyə Həsənqızı

Aktyorun cansız bədəni şəxsi avtomobilində tapıldı