Tanınmış türk aktyoru Engin Günaydın qatıldığı televiziya proqramında maraqlı açıqlama edib.

Open.az xəbər verir ki, çəkildiyi filmlər və seriallarda ifa etdiyi obrazlarla yadda qalan aktyor, bu sənəti sevərək icra etmədiyini söyləyib: "Aktyorluqdan çox da məmnun deyiləm. Bu sənətdə kimdənsə asılısan. Çəkilişə gecikə bilmirsən. Çünki 100 nəfər insan dayanıb səni gözləyəcək. Çəkiliş meydançasında azad deyilsən. Təklif olunan vəziyyəti oynamağa borclusan. Amma yazarlıq elə deyil. Ürəyim istəyəndə yazıram, kefim yoxdursa, günlərlə heç nə yazmıram. Ona görə də son zamanlar yazıçılığa meylim daha da artıb" deyən Engin Günaydın "Avrupa Yakası", "Galib Dervis", "Muhteşem Yüzyıl" və s. serial və filmlərdə ifa etdiyi yaddaqalan obrazları ilə məşhurdur.

Ülviyyə Həsənqızı

Aktyorluğu sevə bilmirəm, yazıçı olmaq daha rahatdır