Məşhur türk aktrisa Meltem Miraloğlunun ərə getdiyi 80 yaşlı kişi ögey atası imiş.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalist Onur Akay "İkinci sayfa" proqramında məlumat verib.

O, Patrik adlı amerikalı biznesmenin əvvəlcə aktrisanı övladlığa götürdüyünü bildirib: "Bu adama əvvəl atam, sonra ərim dedi. Patrik Maddi durumu yaxşı olan adamdır. Amerikada Meltemin acınacaqlı həyatını görəndən sonra övladlığa götürüb, hər kəsə də onu qızı kimi təqdim edib. Meltem də bundan çox sevinib, ona “atam” deyə, müraciət edirmiş. Sonradan ona aşiq olub və evlənmə təklif edib. Övladlığa götürdüyünə görə heç kim toya şahid olmaq istəmirmiş”.