Məşhur türk aktrisası, "Yeditepe İstanbul", "Kurtlar Vadisi", "Hanımın ciftliyi", "Merhamet" və.s. serial və filmlərin baş qəhrəmanı Özgü Namal, ötən gün həyat yoldaşı Serdar Oralı itirdi.

Open.az xəbər verir ki, 53 yaşlı Ahmet Serdar Oral ürək tutması nəticəsində keçirdiyi infarktdan sonra qəflətən dünyasını dəyişib.

Ailəsinə görə sənətindən uzaqlaşan Özgü Namal məzarlığa gedə bilmədi-FOTO

Keçmişdə reklam işləri və nəfəs tepatisti kimi çalışan Serdar Oral, Özgü Namalla 2013-cü ildə "Merhamet" serialının çəkilişləri zamanı tanış olub. Özgü Namal Serdar Oralla ailə qurduqdan sonra özünü bütünlüklə ailəsinə həsr edib və yüksək büdcəli filmlərə belə çəkilməkdən imtina edərək, Muğlanın Köyceğiz kəndində yaşamağa başlayıb.

Xoşbəxt ailəsi olan Özgü Namalın 2015-ci ildə Nefes adlı oğlu, 2016-ci ildə isə Elem Su adında qızı dünyaya gəlib.

Ailəsinə görə sənətindən uzaqlaşan Özgü Namal məzarlığa gedə bilmədi-FOTOAiləsinə görə sənətindən uzaqlaşan Özgü Namal məzarlığa gedə bilmədi-FOTOAiləsinə görə sənətindən uzaqlaşan Özgü Namal məzarlığa gedə bilmədi-FOTO

Özgü Namal uzun illər : "Mən ailəmlə xoşbəxtəm, huzurluyam" deyərək, bütün film və serial təkliflərini rədd edib. Ömrünün səkkiz ilini ailəsinə həsr edən Özgü Namal, ötən gün aldığı xəbərlə şok yaşayıb. Məhz bu səbəbdən də qəbiristanlığa gedə bilməyən aktrisanın göz yaşları hələ uzun zaman qurumayacaq.

"Biricik eşim və babamız" yazılı gül çələngini məzarlığa göndərən Özgü Namalın həyat yoldaşı Kanlıca Məzarlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 53 yaşlı mərhum Ahmet Serdar Oralın ilk evliliyindən də bir övladı var.

Ülviyyə Həsənqızı

Ailəsinə görə sənətindən uzaqlaşan Özgü Namal məzarlığa gedə bilmədi-FOTOAiləsinə görə sənətindən uzaqlaşan Özgü Namal məzarlığa gedə bilmədi-FOTOAiləsinə görə sənətindən uzaqlaşan Özgü Namal məzarlığa gedə bilmədi-FOTOAiləsinə görə sənətindən uzaqlaşan Özgü Namal məzarlığa gedə bilmədi-FOTOAiləsinə görə sənətindən uzaqlaşan Özgü Namal məzarlığa gedə bilmədi-FOTO