Türkiyədə yayımlanan “Akrep” serialının ulduzu Demet Akbağ şəxsi həyatı ilə bağlı etiraflar edib.

Open.az türk mətbuatına istinadən bildirir ki, proqramlardan birinə qonaq olan Demet səmimi açıqlamaları ilə diqqət çəkib.

20 yaşında Ali adında oğlu olan aktrisa “qayınana olmağa hazırsınız” sualına belə cavab verib:

“Düşünürəm ki, hələ tezdir. Amma anlayışlı olaram, baş verənlərə qadın gözü ilə baxaram. Haqsız olduğu halda heç vaxt oğlumu müdafiə etmərəm. Yəni, adil qayınana olaram”.