TV8 kanalının sahibi Acun Ilıcalı “Survivor” yarışmasının iştirakçıları ilə növbəti dəfə İnstaqramda canlı yayım edib.

Open.az xəbər verir ki, 13,1 milyon izləyicisi olan aparıcı veriliş zamanı yeni rekorda imza atmaq istədiyini bildirib.

Acunun açdığı canlı yayımı 5 dəqiqə ərzində 3 milyondan çox insan izləyib. O, bu rəqəmlə İnstaqramın canlı yayımında dünya rekordu qırıb.

Qeyd edək ki, aparıcının mayın 14-də 72 dəqiqə davam edən canlı yayımını 1 milyondan çox insan izləmişdi.

İndiyə qədər isə bu rekord 2 milyon baxışla amerikalı repçi “Tekashi 6ix9ine”a məxsus idi.